Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistanda yezidilərin yas mərasimi gülləbaran edildi

Ermənistanın Araqatsotn vilayətində naməlum şəxs Şamiram kəndinin qəbiristanlığında yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş zala daxil olaraq mərasim iştirakçılarını gülləbaran edib.

Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər həlak olub, daha altı nəfər yaralanıb.

Qeyd olunur ki, Şamiram kəndinin əhalisi yezidilərdən ibarətdir. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Hazırda polis şübhəlinin axtarışı ilə məşğuldur. Təfərrüatlar bildirilmir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...