Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Moskvada erməni miqrantlarla kütləvi dava olub, yaralılar var

Moskvada tikinti sahələrinin birində miqrant işçilər arasında kütləvi dava baş verib.

Mynews.az-ın Trend-ə istinadən verdiyi məlumatına görə, davada 40-a yaxın adam iştirak edib.

Moskva polisi bildirib ki, dava iki tikinti briqadası arasında qeydə alınıb. Dava iştirakçıları Özbəkistandan və Ermənistandan gəlmiş miqrantlar olub.

Tərəflər bir-birinə kürək, armatur və iri çəkiclərlə hücum ediblər. Hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.

Münqişənin hansı səbəbdən baş verməsi məlum deyil. Hazırda insidentlə bağlı araşdırma başlayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...