Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avtobus sındı, sərnişinlər yolun yarısında düşdü

Marşrut avtobusu sınaraq yolun ortasında qalıb. Avtobus üzərində təmir işləri elə yolun ortasında aparılır. Nəticədə xarab olan avtobus maşınlara və digər yol hərəkəti iştirakçıları üçün maneə yaradır.

Mynews.az bildirir ki, görüntülər ötən gecə metronun nərimanov stansiyasının yaxınlığında çəkilib. 26 saylı xətt üzrə hərəkət edən avtobus xarab olduğundan sərnişinlər də yolda düşməli olublar. üstəlik, avtobus yenisi ilə əvəzlənməyib və sərnişinlər xeyli vaxt itirməli olublar.

Bu fakt sərnişinlərə xidmət göstərən avtobusların texniki qulluğunu gündəmə gətirir.
Məsələylə bağlı 26 saylı xəttin dispeçerinə müraciət etsəkdə suallarımıza cavab vermək tapılmadı. Sürücülər isə işlədkləri avtobuslara hər gün texniki xidmətin göstərildiyini deyirlər.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, sərnişindaşımada istifadə olunan bütün avtobuslara hər axşam iş bitdikdən sonra texniki qulluq göstərilməlidir. Yəni avtobuslar qaraja aparılıb səhərisi gün üçün tam saz vəziyyətə gətirilməlidir. Sözügedən görüntülərə gəldikdə isə agentlikdən bildirildi ki, daşıyıcı şirkətin sahibkarı agentliyə dəvət olunacaq və lazımı tədbirlər görüləcək. /xezerxeber.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...