Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Abxaziyada partlayış: 2 ölü

Avqustun 2-də Abxaziyada silah anbarında baş verən partlayış nəticəsində 2 Rusiya vətəndaşı ölüb.

Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə baş verərkən 3 rusiyalı həmin ərazidə at gəzintisində olub. Daha sonra iki nəfərin - Yelena Polyakova və Yelena Timofeyevanın meyitləri aşkar edilib. Onların hər ikisi Sankt-Peterburqdandır. Digər rusiyalı - Lyudmila Dmitriyeva isə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisə avqustun 2-də yerli, Qudauta rayonunun Primorskoye yaşayış məntəqəsindəki silah anbarında baş verib. Partlayış nəticəsində 60 nəfər, o cümlədən 27 rusiyalı xəsarət alıb. Onların həyatları üçün təhlükə yoxdur. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...