Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Fransa prezidenti Neymarın PSJ-yə transferini alqışladı

Fransa prezidenti Emmanuel Makron braziliyalı futbolçu Neymarın 262 milyon dollar müqabilində PSJ-yə mümkün keçidini alqışlayıb.

Mynews.az-ın  AP-yə istinadən verdiyi məlumata görə, bu barədə o, PSJ futbol klubunun prezidenti Nəsir əl-Xelaifi ilə keçirdiyi görüş zamanı deyib. 

“Təbriklər, başa düşdüyümə görə, yaxşı xəbərlər var”, - deyə E.Makron deyib. 

N.əl-Xelaifi gülümsəyərək cavab verməyib. Heç biri Neymarın adını çəkməsə də, braziliyalı futbolçu Barselonanı tərk edəcəyini elan edəndən sonra Fransa KİV və sosial şəbəkələrdə əsas müzakirə mövzusu olub. 

Neymarın yaxın günlərdə Parisə gələcəyi gözlənilir.  Fransanın büdcə naziri Jerald Darmanin öz növbəsində Neymarın vergilərini məhz Fransada ödəyəcəyi üçün futbolçunun Fransada oynayacağına sevindiyini deyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...