Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

BMT-nin dəhşətli statistikası - “Hər gün 3 min yəzidi qadına İŞİD tərəfindən təcavüz olunur”

BMT-nin Beynəlxalq Suriya Araştırma Komissiyası yeni statistika açıqlayıb.

“Ölkə.Az” xəbər verir ki, hesabata əsasən hər gün 3 min yəzidi qadın və qız uşağı İŞİD terrorçuları tərəfindən zorlanır.

Komissiyanın açıqlamasında İŞİD-dən xilas olmağı gözləyən dustaq yezidilərin vəziyyətinə diqqət yönəldilib.

İŞİD-in üç il əvvəl yəzidilərə hücum etdiyi və qətliam törətdiyi qeyd edilən açıqlamada “minlərlə yəzidi itkin düşüb. 3 min yəzidi qadın və qız uşağı hər gün İŞİD-in təcavüz və şiddətinə məruz qalır”-cümləsinə yer verilib.

Təşkilat İŞİD ilə mübarizə aparan bütün tərəfləri yəzidiləri xilas etməyə çağırıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...