Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ölümü ilə qəhrəmana çevrilən Kübranı siz də tanıyın! - O, 6 nəfərin həyatını xilas etdi - FOTO

Türkiyənin Hatay vilayətində evlərinin eyvanından yıxılaraq ölən 17 yaşlı Kübra Nur Coşkunun bağışlanan orqanları 6 xəstəni həyata qaytarıb.
Mynews.az milli.az-a istinadən xəbər verir ki, həkim olmaq xəyalları quran Kübra Nur Coşkun bunu bacarmasa da, 6 xəstənin sağlamlığına qovuşmasına səbəb olub.

28 iyul günü ailəsi ilə birlikdə yaşadığı evlərinin eyvanından yıxılaraq ağır yaralanan 17 yaşlı Kübra Nur Coşkun xəstəxanaya çatdırılıb.

Vəziyyəti ağır olan qızın beyin ölümü keçirdiyi açıqlanandan sonra ailəsi qızlarının orqanlarını bağışlama qərar verib. Kübra Nur Coşkunun götürülən böyrəkləri, qaraciyəri, göz qişası və ağciyəri orqan nəqli gözləyən 6 adama ümid olub.
Ölümü ilə qəhrəmana çevrilən Kübranı siz də tanıyın! O, 6 nəfərin həyatını xilas etdi - FOTO

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...