Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

16 yaşlı qız zorla ərə veriləcəkdi, özünü binadan atdı - FOTOLAR

Türkiyənin Kilis rayonunda ailəsi tərəfindən məcburi şəkildə evləndirilmək istənilən 16 yaşlı suriyalı qız evdən qaçmaq üçün ikinci mərtəbədən aşağı atlayıb.

Mynews.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ağır xəsarət alan qızın yanına qardaşı gəlib.

Lakin, o bacısına kömək etmək əvəzinə onu sürüyərək evə aparıb və döyüb.

Hadisə yerinə gələn polis qızın qardaşını və anasını bölməyə aparıb. Təcili yardım həkimləri isə yaralı qıza ilkin yardım göstərdikdən sonra xəstəxanaya aparıblar. Vəziyyətinin ağır olduğu bildirilir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...