Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gəlin qayınanasını əvvəlcə boğdu, sonra...

İstanbulun Qaziosmanpaşa adlanan bölgəsində dəhşətli cinayət hadisəsi baş verib.

Mynews.az Publika.az-a istinadən xəbər verir ki, əslən suriyalı olan 3 uşaq anası 23 yaşlı S.Leyla yoldaşı işə getdikdən sonra 72 yaşlı qayınanası ilə evdə tək qalıb. Aralarında yaranan mübahisə zəminində qayınana gəlinə şillə vurub. Bundan qəzəblənən S.Leyla qadını əvvəlcə boğub, daha sonra cəsədini xalçaya büküb yaxınlıqdakı zibil qutusuna qədər sürüyüb.

Qadın qonşularını da cinayətə ortaq edib. İçərisində cəsəd olduğundan xəbərsiz olan qonşular cəsədi zibil qutusuna aparmaqda Leylaya kömək ediblər.

Son anda həbs olunacağını düşünən qadın fikrini dəyişib və qonşuların köməyi ilə cəsədi yenidən evə qaytarıb. Hadisədən şübhələnən qonşular polisə xəbər verib.

Polis ətrafdakı təhlükəsizlik kameralarını incələdikdən sonra qadını saxlayıb. Törədtiyi cinayəti etiraf edən qadın həbs olunub.

Faktla bağlı cinayət işi açılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...