Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Övladlarını öldürən ata - "Onların məndən olmadığını düşündüm" - VİDEO

İstanbulun Üsküdarda qəsəbəsində 2 uşağını öldürən və birini də yaralayan qatil ata ifadəsi ilə hər kəsi dəhşətə gətirib.

Mynews.az Haberler-ə istinadən xəbər verir ki, arvadının onu aldatdığını düşünən Arslan G. qəzəblənərək iki övladını bıçaqla öldürüb, bir övladını da ağır yaralayıb. Hadisədən sonra Kadıköydə tutulan atanın ifadəsi qan dondurub.

Tutulduqdan sonra Arslan G.-nin verdiyi ilk ifadə ortaya çıxıb. O, cinayəti etiraf edərkən dəhşətli əməlinin səbəbini heyrətləndirən bir iddiayla açıqlayıb. Arslan G. -nin ilk dindirilməsi zaman "İllərdir yoldaşımın məni aldatdığı şübhəsi ilə yaşayırdım. Bəzi qohumlarım və dostlarım da uşaqların mənə bənzəmədiyini söyləyirdi. Mən də uşaqların mənə bənzəmədiyini, məndən olmadığını düşünürəm. Həyat yoldaşımın məni illərdir aldatdığını düşündüm və uşaqları öldürmək istədim" dediyi məlum olub.

Hadisə ilə əlaqədar istintaq davam edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...