Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Misirdə qatarlar toqquşub, 36 ölü, 120 yaralı - YENİLƏNİB

Misirdə iki sərnişin qatarının toqquşması nəticəsində 36 nəfər ölüb, 120 nəfər xəsarət alıb.

Mynews.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Misir Səhiyyə nazirliyinin məlumatında bildirilir.

Qəza İsgəndəriyyə şəhəri yaxınlığında qeydə alınıb. Qahirə-İsgəndəriyyə marşrutu üzrə hərəkət edən qatar Port Səid şəhərindən qatarla toqquşub. Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxaraq aşıb. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.

---------

18:25

Misirin İsgəndəriyyə şəhəri yaxınlığında iki qatar toqquşub.

Trend-in məlumatına görə, bir neçə nəfər həlak olub, onlarla sərnişin xəsarət alıb.

İtkilər və xəsarət alanların dəqiq sayı barədə məlumat verilməyib.

Qatarların hansı səbəbdən toqquşması səbəbi məlum deyil. Hadisə ilə bağlı adarşdırma başlayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...