Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Amerikada hicablı qadına 85 min dollarlıq - ŞOK TƏZMİNAT

Ötən il Kaliforniyada müsəlman qadının başından hicabını çıxardan polisə və bələdiyəyə pul cəzası kəsilib.

Mynews.az  Türkiyə mediasına istinadən xəbər verir ki, Kirsti Povellanın hicabını başından zorla çıxardan ştatın səlahiyyətli şəxsləri dini inanclara hörmət etmədikləri üçün 85 min dollar məbləğində pul cəzasına məhkum ediliblər.

Qeyd edək ki, təsadüf nəticəsində polisin diqqətini cəlb edən və haqqında yaxalanma qərarı verilən Kirsti Povella hadisə zamanı nəzarət altına alınmışdı. Saxlandığı müddətdə polisin onun hicabını çıxartdığı və bütün gecəni başı açıq şəkildə olduğu üçün narahat olduğunu dilə gətirən qadın məhkəmədə iddia qaldırmışdı. İddiada qadın başı açılandan sonra onun kişilərlə eyni təcridxanada saxlanıldığını da xüsusi qeyd etmişdi.

Lakin dünən məhkəmə prosesindən sonra Kaliforniya Federal məhkəməsi Povellaya 85 min dollar təzminat ödənilməsinə qərar verib.

Qərardan sonra Povella “Mən müsəlman xanım dostlarımın hicab taxarkən özlərini rahat və təhlükəsiz hiss etmələrini və haqları üçün ayağa qalxmalarını istəyirəm” fikirlərini səsləndirib.

A24.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...