Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Filmin çəkilişində faciə - onu xilas edə bilmədilər - FOTOLAR

Kanadanın Vankuver şəhərində "Deadpool 2" filminin çəkilişləri zamanı kaskadyor qadın həlak olub.

Mynews.az TMZ-yə istinadən bildirir ki, qaradərili amerikalı Coy "SJ" Harris "Ducati" motosikletində yüksək sürətlə hərəkət edərək tryük göstərəndə "Shaw Communications Inc" telekommunikasiya korporasiyasının mənzil-qərargahının yerləşdiyi binaya çırpılıb.

Coy Herris dərhal hospitala aparılsa da, həkimlər onu ölümün cəngindən xilas edə bilməyiblər.

"Deadpool 2" filmini çəkən "20th Century Fox" studiyası olaya təəssüfləndiyini bəyan edərək mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

"Deadpool" filminin sikveli, "X Men" filmlər seriyasında 12-ci lent olan "Deadpool 2"nin premyerası 2018-ci ildə olacaq. Rejissor Devid Litçin çəkdiyi filmdə baş rolları Rayan Reynolds və Zaza Bitz oynayırlar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...