Toy 3 saatdan artıq davam edə bilməz!.. - Rəsmi
Oğlan uşaqları doğulduqdan sonrakı 20 gün ərzində tibb müəssisələrində pulsuz olaraq sünnət edilməlidir...
Tacikistan prezidenti İmamali Raxman parlamentə “Ənənə, şadlıq və mərasimlərin tənzimlənməsi haqda” Tacikistan Respublikası qanununa dəyişiklik və əlavələrin edilməsi barədə” qanun layihəsini təqdim edib. Layihədə əhalinin maraqlarının qorunmasına, israfçılığın qarşısının alınmasına yönəlmiş olduğu iddia edilən bir sıra yeni normalar daxil edilib. Buraya Ramazan və Qurban bayramlarında geyim tərzindən, oğlan uşaqlarının sünnət edilməsindən nişan, toy, eləcə də yas mərasimlərinədək – bir çox tədbir və ənənələrə toxunulmuşdur.
Artıq bundan sonra ölkədə sünnət mərasimlərinin yalnız ailə daxilində, incəsənət xadimlərinin iştirakı olmadan keçirilməsi təklif olunur. Eyni zamanda valideynlərinin rəsmi razılğıyla oğlan uşaqlarının doğulduqdan sonra 20 gün ərzində tibb müəssisələrində pulsuz olaraq sünnət edilməsi nəzərdə tutulur. Toyların tənzimlənməsi haqda mövcud qanunun 10-cu maddəsinə də dəyişikliklər edilib.
Azərbaycandakı “hə” verilməsi, nişan, “yol kəsilməsi”, “3 günlük”, ”ayaqaçdı” və s. tipli aralıq şadlıq mərasimləri yasaqlanır. Layihəyə əsasən toy mərasiminin sahibi və tədbirin keçirildiyi şadlıq evi, kafe, restoran və s. iaşə müəssisələrinin rəhbərləri mərasim iştirakçılarının sayının qanunla müəyyən edilmiş həddi aşmasına və vaxt məhdudiyyətinin pozulmasına görə məsuliyyət daşıyırlar. Toy, eləcə də yas mərasimi 3 saata yekunlaşmalıdır. Dəfn və yas mərasimlərini tənzimləyən maddəyə də ciddi dəyişikliklər edilib. Bundan sonra dəfn və yas günündə heyvan kəsilməsi, xörək verilməsi, eləcə də, “3”, “40” və “il” mərasimlərinin keçirilməsinin yasaqlanacağı gözlənilir.
P.S. Tacikistan lideri İmamali Raxmanın parlamentə göndərdiyi layihənin qəbul edilməməsi ehtimalı, demək olar ki, sıfırdır...
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 930 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 910 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 902 dəfə oxunub