Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qətər vətəndaşlarının həcc xərclərini Səudiyyə Ərəbistanı kralı ödəyəcək

Qətər vətəndaşları həcc ziyarəti üçün elektron viza almadan Səudiyyə Ərəbistanına səfər edə biləcəklər.

Mynews.az-ın Report-a istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı kralı Salman bununla bağlı fərman imzalayıb.

Məlumata görə, Səudiyyə kralı Salman və vəliəhd-şahzadə Məhəmməd bin-Salman Qətər hakimiyyətindəki əl-Sani ailəsinin üzvü Abdullah bin-Ali bin-Abdullah bin-Casim əl-Sanini Ciddədəki Əs-Salam sarayında qəbul edib.

Qəbuldan sonra Qətər vətəndaşlarının həcc ziyarəti xərclərinin Səudiyyə Ərəbistanı kralı tərəfindən ödəniləcəyinə dair qərar qəbul olunduğu açıqlanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...