Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tələbə qızdan əl çəkməyən 8 uşaq atası - "Bir gün məndən yazacaqlar"

Türkiyənin Ardahan vilayətində tələbə qızdan əl çəkməyən 8 uşaq atası dəhşət saçıb.

Bayramoğlu kəndində yaşayan və tələbələri daşıyan evli, 8 uşaq atası Yılan (45) iddiaya görə kənddə yaşayan L.A. (23) adlı gənc qızdan əl çəkməyib.

2 il ərzində qızı rahat buraxmayan Yılan zəng və mesajlarla hər gün narahat etdiyi L.A. ilə evlənmək istədiyini söyləyib.

Qız bir müddət əvvəl Trakya Universitetinin İngilis müəllimliyi ixtisasına qəbul olub, oxumaq üçün Ədirnəyə gedib. Ancaq Yılan Ədirnəyə qədər gedərək, qızı narahat etməyə davam edib. Bundan sonra L.A. polisə şikayət edib. 

Ardahana qayıdan Yılan ötən gün qızın tarladan evə dönən atası Turan A. və böyük qardaşı Ömər A. -nı təqib edib, evlərinin qarşısında onları güllələyib. İddiaya görə, "O qızı alacağam" deyərək qışqıran şəxsin səsini eşidib, çölə çıxan tələbə qızın 69 yaşlı əmisi Alaattin A.-nı da vurub.

Şübhəlinin açdığı atəş nəticəsində Alaattin A. hadisə yerində həyatını dünyasın dəyişib. Yaralanan Turan A. və oğlu Ömər A. xəstəxanaya çatdırılıblar. Şübhəli həbs olunub.

Qatilin Facebook-dakı hesabından "Sizə söz verirəm, bir gün bütün jurnalistlər məndən yazacaq. Respublika Prokuroru və Təhlükəsizlik İdarəsi də orada olacaq" yazdığı üzə çıxıb.

 milli.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...