Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aktrisanın qızının üstünə qaynar yağ dağıldı - FOTOLAR

Türkiyənin tanınmış aktrisası Yeliz Yeşilmenin Bodrum tətili zamanı xoşagəlməz hadisə baş verib.

Mynews.az Milli.Az-a istinadla bildirir ki, otelin aşbazlardan birinin əlindəki qızğın tavadakı yağ aktrisanın qızının üstünə dağılıb.

Aktrisa isə bunun qəsdən edildiyini və daha sonra da otelin işçiləri tərəfindən döyüldüyünü iddia edib.

"Oteldə idim. Elə bildim ki, qızımı arı sancıb. Qaçaraq ona doğru getdim. Qızımı gizlətdilər. Mənə nə olduğunu demək əvəzinə itələdilər. Daha sonra yağ dağıldığını dedilər. Orada məni təhqir edib, döydülər. Şikayət edirəm!"
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...