Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyada Azərbaycana qarşı erməni təbliğatı ilə məşğul olan məşhur telekanal bağlandı

Rusiyanın məşhur “Life” telekanalı yayımını dayandırdığı barədə izləyicilərinə müraciət edib.

Mynews.az “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, “News Media” holdinqinin erməni əsilli direktoru Aram Qabrelyanov bildirib ki, izləyiciləri “Life” telekanalının xəbərlərinə sayt və sosial şəbəkələrdə baxa bilərlər.

Hələ bir il əvvəl xəbərlər yayılmışdı ki, “Life” telekanalının xəbərlər departamentində böyük istisarlar gözlənilir.

Avqustun 18-də şirkətin 90 əməkdaşının ixtisar olunduğu barədə məlumat yayılmışdı.

Ümumiyyətlə, direktoru erməni əsilli olan “Life” telakanalı daim Azərbaycan əleyhinə xəbərlər hazırlayırdı. Bu xəbərlər əsasən Azərbaycan ordusu ilə bağlı olurdu.

Bundan başqa, telekanal Azərbaycanın işğal olunmuş torpaqları Dağlıq Qarabağla bağlı həqiqətə uyğun olmayan, erməni mövqeyini dəstəkləyən məlumatlar yayırdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...