Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Mən nə kişiyəm, nə də qadın...” - Məhkəmə hakimi

“Məhkəmə zalında olanda mən nə kişiyəm, nə də qadın. Mən –hakiməm”.  

Mynews.az “Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu sözləri Malayziya Ali Şəriət məhkəməsinin  hakimi Nenni Şuşayda binti Şamsuddin söyləyib. 

42 yaşlı bu müsəlman xanım özünə çox çətin bir peşə seçib. Dünən o, zinakarlığa görə kişi və qadının qamçılanması haqda qərar qəbul edir, bu gün isə kişinin çox arvad almasına icazə verir. O,  şəriət qaydalarının pozulmasına görə ən sərt cəzalar verməkdən çəkinmir. Kimsə onu qadınlar haqqında sərt cəzalar verməyə görə qınayanda Nenni Şuşayda deyir: "Məhkəmə zalında olanda mən nə qadınam, nə də kişi. Mən –hakiməm”. 

Malayziyada ikisəviyyəli məhkəmə sistemidir: İslam şəriət məhkəmələri ailə və əxlaqla bağlı məsələlərinə, dünyəvi məhkəmələr isə cinayət işləri və vətəndaş məsələlərinə baxırlar. Hazırda ölkədəki İslam məhkəmələrinun 160 hakimindən 27-i qadındır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...