Paytaxtın köçürülməsi TƏKLİFİ - Yeni layihə təqdim edildi
Krupnov hesab edir ki, Rusiya böyük şəhərlərdən uzaqda yerləşən ərazilər üzərindəki suverenliyini itirə bilər.
Rusiyanın Demoqrafiya, Miqrasiya və Regional İnkişaf İnstitutunun Müşahidə Şurasının sədri Yuri Krupnov prezident Vladimir Putinə paytaxtla bağlı layihə göndərib.
Mynews.az publika.az-a istinadən məlumat verir ki, Krupnov bu layihəsində Rusiya paytaxtını Uralın o biri tərəfinə köçürməyi təklif edib.
Demoqraf hesab edir ki, Moskvada cəmləşən iqtisadiyyatdan uzaqlaşaraq, bütün ölkənin, ilk növbədə Uzaq Şərq və Sibirin inkişafına keçmək lazımdır. Krupnov yazır ki, Rusiya həddən artıq hipermərkəzləşib: “Moskva regionu ölkə əhalisinin beşdə bir hissəsini özündə cəmləyib. Bundan əlavə, milli inkişaf Rusiya əhalisinin 50 faizindən çoxunun yaşadığı 15-20 meqapolisə istiqamətlənib”.
Onun fikrincə, belə vəziyyət Rusiyanın geosiyasi üstünlüklərini itirməsinə gətirib çıxara bilər. Krupnov hesab edir ki, Rusiya böyük şəhərlərdən uzaqda yerləşən ərazilər üzərindəki suverenliyini itirə bilər.
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 595 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 582 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 574 dəfə oxunub