5 yaşlı uşaqdan böyüklərini heyrətləndirən hərəkət
5 yaşlı uşaqdan NASA-nı heyrətləndirən - Məktub
Beş yaşlı Hilton İdris adlı bir uşaq ABŞ-ın kosmik proqramlara məsul departamentinin, eləcə də NASA yetkililərinin diqqətini çəkən bir məktub yazıb.
Mynews.az teleqraf.com-a istinadən bildirir ki, xəbər verir ki, azyaşlı məktuba özünün çızdığı raket eskizini əlavə edib. Onun fikrincə, düzəltmək istədiyi "uçan maşın" indiyədək icad olunanların hamısından daha sürətli gedəcək. 5 yaşlı uşaq bildirib ki, əsl kosmonavt olmaq onun çoxdankı arzusudur: "NASA, mən sizə məktub göndərirəm. İstəyirəm biləsiz ki, düşündüyüm raket artıq hazırdır. Xahiş edirəm, onu mənim eskizim əsasında quraşdırasınız. Və onu kosmosa, astronavtlara göndərin. Mən də öz raketimlə kosmosa uçacam. Mən əsl kosmonavt olmaq istəyirəm".
İdrisin atası Hilton Camal deyib ki, oğlu onun "dahi" ideyası üçün rəsmi təşəkkür cavabı gəldiyini biləndə sevincindən "dəli olub".
NASA-nın reaktiv mühərriklər laboratoriyasının mühəndisi Kevin İdrisə cavabında belə yazıb: "Raket dizaynınız üçün sizə çox təşəkkür edirik. Bu, əladır! Belə bir raketi yalnız gələcəkdə əsl pilot ola biləcək böyük kosmonavt yarada bilər. Belə davam et!"
Camal İdris onu da bildirib ki, oğlu NASA-dan gələn məktubu təkrar-təkrar oxuyub. Və o, səbirsizliklə sentyabrı gözləyir ki, məktubu sinif yoldaşlarına və müəllimlərə göstərsin.
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 987 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 952 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 942 dəfə oxunub