Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İraq Türkiyəyə neft ixracını dayandırıb

İraq Kərkükdən Türkiyəyə neft ixracını dayandırıb.

Mynews.az  Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kərkük Vilayət Məclisinin neft və enerji komissiyasının rəhbəri Əhməd Əsgəri məlumat verib.

Onun sözlərinə görə, ixracat Türkiyənin tələbindən sonra dayandırılıb:

“Gündəlik 105 min barrel olan neft ixracı dünəndən etibarən dayandırılıb. Türkiyə tərəfi texniki problem olduğunu deyib. Bunun nə qədər doğru olduğunu bilmirik”.

Əsgəri Kərkükdə neft istehsalının davam etdiyini qeyd edib:

“Kərkük nefti Kürdüstan neft boru xətti vasitəsilə ixrac edilir. Bu səbəbdən neft ixracatı tamamilə dayandırıla bilər”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...