Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Oğlan zorladığı qızla evləndi - Əvvəllər dostu ilə də yatıb

Türkiyənin Diyarbəkir şəhərində oğlan həbsə girməmək üçün zorladığı qızla evlənib.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, Diyarbəkirdə K.Ç adlı qız 17 yaşındaykən M.N.E-nin sonra da, onun dostu V.B- nin təcavüzünə uğrayıb. Qız onları polisə şikayət edib. Oğlanlar saxlanılıb. Lakin ailələr arasında danışaraq razılaşıblar. Qız imam nikahı ilə V.B-ya ərə verilib. Toy şəkilləri məhkəməyə dəlil kimi göstərilib. Oğlanların hər ikisi sərbəst buraxılıb. Qız isə toyun səhəri günü evə göndərilib.

Qız başına gələnləri "Hürriyet"ə danışıb. 

O bildirib ki, 2014-cü ildə sosial şəbəkədə oğlanla tanış olub, daha sonra isə onunla məcburi intim münasibət yaşayıb. Bir müddət keçdikdən sonra oğlanın dostu qıza yaxınlaşaraq "M.N.E ilə nə yaşadığını bilirəm. Mənimlə yatmasan, səni biabır edərəm" deyib və zorla gətirdiyi evdə bədəninə bıçaq dirəyərək ona təcavüz edib. Oğlan qızı zorlayarkən onu videoya çəkib və sonralar şantaj edərək onunla bir neçə dəfə də cinsi əlaqədə olub.

<

Qız başına gələnlərə dözə bilməyərək polisə gedib. O, oğlanların hər ikisini polisə verib.

Ailələr danışaraq razılaşıblar. Qız imam nikahı ilə V.B-ya ərə verilib. Toy şəkilləri məhkəməyə dəlil kimi göstərilib. Oğlanların hər ikisi sərbəst buraxılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...