Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İsveç ilə Danimarkanı birləşdirən körpüdə zəncirvari qəza baş verib

İsveç ilə Danimarkanı birləşdirən Öresund körpüsündə 12 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

Mynews.az-ın məlumatına görə, hadisə yerinə çoxlu sayda xilasedici və tibb işçiləri göndərilib.

İlkin məlumata görə, qəza nəticəsində azı 9 nəfər yaralanıb. Ağır yaralananlar və həyatını itirənlər barədə hələlik məlumat verilmir.

Öresund körpüsü İsveçin Malmö və Danimarkanın paytaxtı Kopenhagen şəhərlərini birləşdirir. Avropada həm avtomobil, həm də dəmir yolu daşınmalarını həyata keçirən ən böyük körpü hesab olunan Öresund Skandinaviya ölkələrini kontinental Avropa ilə birləşdirən yeganə avtomobil yoludur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...