Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Belarus Azərbaycana 15 adda çörək-bulka məmulatı göndərib

Belarusun çörək və un məmulatları istehsalçısı olan "Qrodnoxlebprom" ASC nümunə olaraq Azərbaycana 15 adda çörək-bulka məmulatı göndərib.

Mynews.az Report-a istinadən xəbər verir ki,  bu barədə Belarus mətbuatı yazıb.

Qeyd edək ki, müəssisə hər ay Rusiyaya təxminən 3 ton çörək tədarük edir. Tələbat olduğundan yaxın vaxtlarda ixracın həcminin artırılması planlaşdırılır.

Eyni zamanda, "Qrodnoxlebprom"un çörək-bulka məmulatları Nyu-York, Los-Anceles də daxil olmaqla, dünyanın başqa bazarlarına da ixrac edilir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...