Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Oyuncaq uşağın əlində partladı

Türkiyənin Bursa şəhərində balaca qızın əlində partlayan helium şar faciəyə səbəb olub.

Mynews.az xəbər verir ki, Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Bursanın Gemlik bölgəsində helium şar balaca qızın əlində partlayaraq alov topuna çevrilib. Belə ki, helium qazı ilə doldurulmalı olan şar daha ucuz qiymətə başa gəlsin deyə, propan qazı ilə doldurulub. 5 lirəyə satılan “uçan” şar azyaşlı Miranın ağır yanıq xəsarəti almasına səbəb olub. Şar partladıqdan sonra Miranın əllərinə və sol ayağına yapışıb. Balaca qızın kirpikləri, saçları və əlləri yanıb.

Miranın müalicəsi hal-hazırda davam edir. Azyaşlının anası sosial mediada bir video paylaşaraq, anaları diqqətli olmağa çağırıb:

“İlk dəfə “uçan” şar aldıq və faciənin bir addımlığından qayıtdıq. İndiyə qədər bunun lazımsız bir oyuncaq olduğunu düşündüyüm üçün heç vaxt almamışdım. Qızımın təkidilə səyyar satıcıdan şar aldıq, evə gəldik. Partlayan şar qızımın əllərinə və ayaqlarına yapışdı. Həkimlərin dediyinə görə, bəxtimiz gətirib ki, qızımın gözü və əl sinirləri xəsarət almayıb.”

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...