Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Təbriz ayağa qalxır - Ərk qalasında kütləvi etiraz

Təbrizin tarixi Ərk qalasında qazıntı işlərinin aparılmasının qarşısını almaq üçün etiraz aksiyasına çağırış edilib.

Mynews.az Günaz TV-yə istinadən xəbər verir ki, azərbaycanlılar bu gün yerli vaxtla saat 18:00-da Ərk qalasının ətrafında insan zənciri təşkil edərək, Müsəlla Fondunun parkinq tikmək bəhanəsi ilə tarixi qalanı məhv etməsinə etiraz edəcəklər.
Qeyd edək ki, ötən günlərdə güneyli soydaşlarımız virtual aləmdə Ərk qalasında qazıntı işlərinin aparılmasını əks etdirən videolar yayıblar.
Tarixi Ərk qalası Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə hicri-qəməri təqvimi ilə 716-724-cü (miladi 1338-1345-ci) illərdə tikilib. Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilib, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...