Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistan hərbçisinin ölümünün təfərrüatları məlum olub

Avqustun 20-də Ermənistan Müdafiə Nazirliyi hərbi hissənin ərazisində 1991-ci il təvəllüdlü Andranik Mkrtçyanın öldürüldüyü barədə məlumat yayıb.

Mynews.az Müdafiə Nazirliyinə istinadən xəbər veriri ki, sonradan böyük əks-səda doğuran ölüm hadisəsinin, əslində, intihar olduğu açıqlanıb.

Ermənistan sosial şəbəkə istifadəçilərinin iddialarına görə, hadisənin cinsi istismar - homoseksualizm zəminində törədilməsi belə ajiotaja səbəb olub. Aparılan araşdırmalar zamanı hadisənin bir çox təfərrüatları ortaya çıxıb.

Oğurluq etdiyinə görə Yerevan yaxınlığındakı hərbi hissədən Mehridəki hərbi hissəyə göndərilən Andranik Mkrtçyanın  intihar etməsi ilə bağlı özünüöldürmə həddinə çatdırılma maddəsi ilə cinayət işi açılıb. Ermənistan Respublikası İstintaq Komitəsinin Hərbi İstintaq Bas İdarəsinin Xüsusi Əhəmiyyətli İşlər Üzrə İstintaq İdarəsinin bas müstəntiqi Q. Xacatryan tərəfindən verilən açıqlamada deyilir: “Araşdırma zamanı məlum olmuşdur ki, Kanakerdə xidmət edən və “Ando” kimi tanınan Andranik Mkrtçyan və digər hərbi qulluqçular mütəmadi olaraq hərbi hissəyə xidmətə gələn digər gənc əsgərləri cinsi istismara məruz qoyduğu, eləcə də, oğurluq etdiyi üçün hərbi hissə komandanlığının təşəbbüsü ilə xidmətini davam etdirmək məqsədilə Mehri şəhərində göndərilmişdir. Cinsi təzyiqlərə məruz qalan gənc əsgərlərin valideynləri “Ando”dan qisas almaq qərarına gəlmişlər. A. Mkrtçyanı izləyən valideynlər onu tutaraq zorlamışlar və buna dözməyən M. Andranik özünə qəsd etmək qərarına gəlmişdir”.

İstintaqa o da məlum olub ki, gənc əsgərlərə qarşı bu kimi əməlləri “Ando” işğal olunmuş Kəlbəcər rayonundakı postlarda olarkən də törədib. Postlarda xidmət keçən bir çox gənc əsgərin M. Andranik tərəfindən cinsi təzyiqlərə məruz qaldığı bildirilir. Ermənistanlı hərbi qulluqçunun çoxunun cinsi istismara məruz qaldığını inkar etməsinə baxmayaraq, valideynlərin dəstəyi ilə bir neçə əsgər adlarının gizli saxlanılması şərtilə istintaqla əməkdaşlığa razılıq veriblər. İlkin versiya olaraq nizamnamədən kənar münasibətlər nəticəsində öldürüldüyü bildirilsə də, sonradan A. Mkrtçyanın istifadəsində olan avtomatı çənəsinə söykəyərək intihar etdiyi bildirilir. Hadisə ilə bağlı cinayət işi başlayıb, araşdırma davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...