Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tibbi kompleksin yaxınlığında partlayış: Ölənlər var

Partlayış Pakistanın Peşəvar şəhərində Əfqanıstan ilə sərhəd yaxınlığında baş verib.

Mynews.az-ın məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb, daha 18 nəfər isə yaralanıb. 

Polisin məlumatına görə, kamikadze-terrorçu Hayatabad rayonunda tibbi kompleksin yaxınlığında motosiklet ilə hökumət avtomobilinə çırpılıb, toqquşma nəticəsində partlayış baş verib. 

Reuters-in məlumatına görə, tibbi mərkəzə Pakistanın “Tehrik-e-İnsaf” müxalif partiyasının lideri İmran Xan gəlməyə hazırlaşırdı. Məlumata görə, o, zərər çəkməyib. 

Regionda fəaliyyət göstərən qruplaşmalardan heç biri baş verən hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...