Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kabildə yaraqlılar məscidə hücum edib

Bir neçə yaraqlı Əfqanıstanın paytaxtı Kabildə məscidə hücum edib.

Mynews.az Report-a istinadən xəbər verir ki, İmam Zaman məscidinin həyətində partlayış baş verib, atışma gedir.

Şahidlərin sözlərinə görə, dörd yaraqlı mühafizəçiləri öldürərək binaya daxil olub. Hücum edənlərin polis forması geyindiyi qeyd edilir.

Əfqanıstan Daxili İşlər Nazirliyi hücum edənlərdən birinin özünü məscidin yanında partlatdığını təsdiqləyib. DİN-in məlumatında 2 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir.

Polis məscid ətrafındakı bölgəni mühasirəyə alıb. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...