Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Əsrin döyüşü” - Meyuezer Makqreqora qalib gəldi

Amerikalı boksçu Floyd Meyuezer irlandiyalı Konor Makqreqora qalib gəlib.

Mynews.az oxu.az-a istinadən məlumatına görə, döyüş Las-Veqas şəhərində (Nevada ştatı, ABŞ) birinci orta çəki dərəcəsi (69 kiloqrama qədər) çərçivəsində baş tutub.

Hakim döyüşü onuncu raundda saxlayıb. Meyuezer texniki nokautla qələbə qazanıb.

Bu döyüşə görə Meyuezerə 100 milyon dollar, Makqreqora isə 30 milyon dollar veriləcək. Bu məbləği idmançılar döyüşün nəticəsindən asılı olmayaraq alacaqlar. Buraya qələbəyə görə bonuslar, həmçinin bilet satışından və canlı yayımdan əldə edilən məbləğin faizləri (pay-per-view) daxil edilməyib.

Qeyd edək ki, 40 yaşlı Meyuezer professional rinqdə keçirdiyi bütün 50 döyüşdən qalib ayrılıb. Sonuncu döyüşünü o, 2015-ci ilin sentyabr ayında keçirib.

29 yaşlı Makqreqorun hesabında isə MMA-da 24 döyüş var. İrlandiyalı 21 dəfə qələbə qazanıb, üç dəfə məğlub olub. Boksda isə bu Makqreqorun ilk döyüşü idi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...