Trampdan ŞOK SÖZLƏR: - “Obama Rusiya ilə yumşaq davranıb”
ABŞ prezidenti Donald Tramp Krımın Rusiya tərəfindən ilhaqına görə sələfi Barak Obamanı qınayıb.
Mynews.az-ın xəbərinə görə, D. Tramp özünün "Twitter” səhifəsində yazıb: "Rusiya Krımı Obama administrasiyasının dövründə ələ keçirib. Obama Rusiya ilə kifayət qədər yumşaq davranmayıbmı?”
D. Tramp yaxın ətrafındakı şəxslərin Rusiya kəşfiyyatı ilə əlaqələri olduğuna dair "The New York Times” qəzetinin məlumatına da reaksiya verib. O, həmin məlumatı yalan adlandırıb: "Rusiya ilə bu cür əlaqələr nonsensdir. Bu, Hillari Klintonun uduzulmuş seçki kampaniyası zamanı yol verilən çoxsaylı səhvləri ört-basdır etmək üçün edilir”.
Prezident bu cür informasiyaların yayılmasında kəşfiyyat orqanlarını – Milli Təhlükəsizlik Agentliyini və Federal Təhqiqatlar Bürosunu ittiham edib: "İnformasiyalar qanunsuz olaraq kəşfiyyat ictimaiyyəti tərəfindən "New York Times” və "The Washington Post” kimi bədnam qəzetlərə ötürülür”.
Dünya
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 925 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 564 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 562 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 562 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 556 dəfə oxunub