Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ürəkparçalayan mənzərə - Ölən anasının baş ucunda... - FOTOLAR

Hindistaın Madhya Pradeş əyalətində polis əməkdaşları qatar relsləri yanında insanın qanına işləyən mənzərə ilə rastlaşıblar.

Mynews.az ölkə.az-a istinadən xəbər verir ki, polislər yerdə yatan cansız bir qadın və acından ağlayaraq anasının sinəsindən süd əmməyə çalışan bir körpə ilə qarşılaşıblar. 17 aylıq körpə nələr baş verdiyini anlamadığı üçün israrla anasının sinəsini sovurub süd içməyə çalışırdı.

Polis əməkdaşı baş verənləri danışıb: "Yerdə yatan bir qadın gördük. Qadına yaxınlaşdıqca yanında ağlayan və bir tərəfdən də anasından süd əmən bir oğlan uşağı... Uşaq dayanmadan ağlayırdı. Amma anası ona cavab vermirdi. O yenə də anasının sinəsini tutub süd içməyə başladı. Həqiqətən şok keçirdik. Çox dəhşətli mənzərə idi. Qadın cansız halda yerdə yatır və körpəsi süd istəyirdi. Həyatımda belə bir şey görməmişdim".

Qadının ölüm səbəbi bilinmir. Amma polis qəza versiyasının ola biləcəyini ehtimal edir. Gənc qadının burun və qulağından qan gəlib. Hadisə ilə bağlı istintaq başlayıb. Körpə isə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...