Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhurlar onlar üçün bir araya gəldilər

Xəbər verdiyimiz kimi, ABŞ-ın Texas ştatında “Harvey” qasırğası tüğyan edir.

Mynews.az xarici KİV-ə istinadən məlumatına görə, təbii fəlakət nəticəsində 36 nəfər ölüm, yüzlərlə insan təxliyə edilib, minlərlə evə ziyan dəyib.

Bu hadisəyə məşhurlar da biganə qalmayıblar. Onlar qasırğa nəticəsində əziyyət çəkənlərə pul yardımı göndəriblər.

Belə ki, amerikalı aktyor Leonardo Di Kaprio zərər çəkənlərə bir milyon dollar, aktrisa Sandra Ballok bir milyon dollar, Kardaşyan ailəsi 500 min dollar göndəriblər. Digər kömək edən ulduzlar arasında müğənni Cennifer Lopez və sevgilisi Aleks Rodrigesin, Niki Minajın, Kevin Hartın və digərlərinin də adı var. 

Ümumilikdə, “Harvey” qasırğasından əziyyət çəkənlər üçün ayrılmış fonda 75 milyon dolların ayrıldığı bildirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...