Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Müsəlman qadınların qarşısında donuz əti yeyən kişi cəzalandırıldı

Stokholm məhkəməsi 53 yaşlı vətəndaşı müsəlmanların qarşısında donuz əti yediyinə görə cərimələyib.

Mynews.az-ın Marsta nəşrinə istinadən məlumatına əsasən, hadisə 2015-ci ilin aprel ayında qatarda baş verib. Adı açıqlanmayan sərnişin qarşısında üç hicablı qadının oturmasına baxmayaraq donuz əti yeyib. Qadınlar yerlərini dəyişiblər, lakin kişi onların ardınca gedib.

Sərnişinə müsəlmanların hislərini təhqir etmək ittihamı irəli sürülüb.

Məhkəmə zamanı təqsirləndirilən şəxs bildirib ki, o qadınları təhqir etmək niyyətində olmayıb, və onların ardınca getməyinin səbəbi qadınlardan üzr istəmək olub.

Nəticədə İsveç vətəndaşı olan kişi 1130 ABŞ dolları məbləğində cərimə olunub. O həmçinin qadınların hər birinə 639 dollar ödəməlidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...