Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ana 6 yaşlı qızını zorlayan gənci meşədə ÖLDÜRDÜ

Floridadan olan ana polisə onun 6 yaşlı qızını zorladığına görə qisas zəminində yeniyetmə oğlanı qətlə yetirdiyini etiraf edib.

Mynews.az publika.az-a istinadən bildirir ki, Conni Serbu adlı qadın 18 yaşlı Havyer Syerranı tovlayaraq Naples meşə zonasına aparıb.

Orada gənci qətlə yetirərək polisə könüllü təslim olub: "O murdar mənim qızımı zorlayıb, özü hər şeyi mənə etiraf etdi, mənim üçün fərqi yoxdur, mənim qızım o heyvanla cinsi əlaqədə olub. Bütün baş verənləri özü mənə danışdı və cəzasını da aldı", - Conni Serbu ifadəsində bildirib.

İyulda Serbu Syerrayla məktublaşır və ona görüş təyin edir.

Serbu görüşə qızını da aparır və bu mənzərəni görən Syerra hər şeyi başa düşür, qaçmağa cəhd göstərir, lakin buna müvəffəq ola bilmir. 6 atəşdən sonar Syerra öldürülüb. Onun qızı Syerranı öldürməmək üçün anasına yalvarırdı, lakin Serbu ona qulaq asmaq belə istəmirdi.

Polisin verdiyi məlumata görə, işin daha geniş təfərrüatları araşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...