Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şimali Koreya dünyanı təşvişə saldı - Bu dəfə hidrogen bombası…

Seysmoloqlar Şimali Koreyada yer təkanlarının baş verdiyini qeydə aldıqdan bir neçə saat sonra, Pxenyan altıncı nüvə sınağının uğurla keçirildiyini açıqlayıb.

BBC xəbər verir ki, rəsmi Pxenyan sınaqdan keçirdiyi nüvə silahının hidrogen bomba olduğunu bəyan edib. Bu növ nüvə bombası adi atom bombasından dəfələrlə güclü və dağıdıcıdır.

BMT-nin sanskiyaları və beynəlxalq təzyiqə baxmayaraq, Pxenyan nüvə silahını inkişaf etdirməkdə davam edir və həmin silahın ABŞ ərazisinə çata bilməsini qarşısına məqsəd qoyub.

Cənubi Koreya hidrometeoroloji agentliyinin bildirdiyinə görə, “süni zəlzələnin” gücü Şimali Koreyada bundan əvvəl keçirilmiş 5-ci sınaq zamanıı qeydə alınmış təkanların gücündən 9,8 dəfə artıq olub.

Şimali Koreyada keçirilmiş sınağı Yaponiya höküməti pisləyib, Cənubi Koreyada isə hadisə ilə bağlı təhlükəsizlik şurasının təcili iclası çağırılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...