Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Myanmada öldürülənlərin sayı 1000 nəfəri ötdü

Avqustun 25-dən bu günə kimi Myanmada  baş verən zorakılıqlar nəticəsində öldürülənlərin sayı 1000 nəfəri ötüb.

Mynews.az Report-a istinadla məlumatına görə, bu barədə BMT-nin xüsusi məruzəçisi Yanhi Liy “The Hindu” nəşrinə müsahibəsində xəbər verib.

“Myanmada vəziyyətin kəskinləşməsi ilə əlaqədar roxinja xalqının nümayəndələri ilə hökumət qoşunları arasında toqquşmaları zamanı 1000-dən çox insan öldürülüb”, - deyə o bildirib.

Məlumata görə, daha 20 min insan yaşayış yerindən qovulub və Banqladeşlə sərhəd ərazisinə toplaşıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...