Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tehran sakini öz ailə üzvlərini öldürərək intihar edib

İran paytaxtında ağır cinayət törədilib.

Mynews.az-ın məlumatına görə, hadisə paytaxtın Yaxçal deyilən ərazisində baş verib. Qırx yaşlı kişi öncə anasını və atasını qətlə yetirib, sonra öz evinə gedərək 37 yaşlı həyat yoldaşını və 11 yaşlı oğlunu öldürüb. Daha sonra o, bıçaqla öz boğazını kəsərək intihar edib.

Hadisə qatilin həyat yoldaşının ailə üzvləri onların evinə gəldikdə aşkarlanıb. Qapını döymələrinə baxmayaraq, açılmadığını görən ailə üzvləri polisə müraciət ediblər. Hadisə yerinə gələn polis içəridə 3 nəfərin cəsədini aşkarlayıb.

Cinayətin ailədaxili münaqişədən qaynaqlandığı bildirilib. Polis təhqiqat aparır.

APA

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...