Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ-da Uinston Çörçilin yadplanetlər barədə essesi tapılıb

ABŞ-da Uinston Çörçil Milli Muzeyində mərhum britaniyalı baş nazirə məxsus 11 səhifəlik qaralama yazısı aşkar edilib. 

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, burada o, digər planetlərdə də həyatın mümkünlüyü barədə ehtimallar irəli sürüb.

1939-cu ildə İkinci Dünya müharibəsindən əvvəl “Biz bu kainatda təkmiyik?” başlığı altında esse yazan baş nazir, sonradan onu 1950-ci ilə qədər kənara qoyub. 1950-ci ildə essedə dəyişikliklər edən Çörçilin bu essesi dərc olunmayıb.

ABŞ-ın Fulton şəhərindəki muzeyin işçiləri bu sənədin tapılmasına xeyli təəccübləniblər. O zaman burada məşhur çıxışını edən Çörçil ilk dəfə “dəmir pərdə” ifadəsini işlətmişdi.

Bir qədər əvvəl muzeyə direktor təyin olunan Timothy Rayle əlyazmanın surətini İsrail astrofiziki Mario Livioya təqdim edib. Livio “Nature” jurnalının son sayında bu barədə məqalə yazıb.

“Bu esseni dərc etmək çox gözəl olardı. Amma müəllif hüquqlarıyla bağlı problemlər var. Lakin fikirləşirəm ki, sənədin böyük tarixi vacibliyini nəzərə alınaraq tezliklə ictimaiyyətə açıqlanacaq”, - deyə Livio BBC-yə bildirib.

Çörçil baş nazir olan zaman tədqiqat araşdırmalarına maraq göstərirdi. Belə ki, o, elmi məsələlər üzrə müşaviri olan ilk Böyük Britaniya baş naziri olub və görkəmli astronomlarla görüşüb. Bundan başqa o, yeni texnologiyaların hazırlanmasına və laboratoriyaların tikintisinə büdcə ayrılmasını dəstəkləyib. O, müharibədən sonra Britaniyada işləyən alimlərə müxtəlif sahələrdə - kristalloqarfiyadan tutmuş molekulyar genetikaya qədər kəşflər etməyə imkan yaratmışdı.

Fultondan verilən məlumata görə, muzeyin kolleksiyasına 1980-ci ildə daxil olan bu sənəd lazımi qaydada arxivləşdirilməyib. Çörçilin qeydləri arasında digər ulduzların ətrafında fırlanan planetlərdə həyatın olması barədə fərziyyələr də yer alıb. Bununla yanaşı, yadplanetlər məqalədən yarım əsr sonra kəşf edilib.

Bundan başqa, Çörçil planetlərdə həyatın mümkün olmasını tam müasir şəkildə müəyyən olunmasını təsvir edir, hansı ki, orada optimal temperatur rejimi dəstəklənir.

“Bir gün, hətta ən yaxın zamanda təkcə Aya deyil, Venereya və Marsa da səyahət etmək mümkün olacaq”, - deyə o qeydlərində yazıb.

Uinston Çörçil Günəş sistemində məhz Venerada həyatın olmasını yazıb, hansı ki, müasir astronomlar bu fikirlə razı deyillər. Astronomlar Yupiter və Saturnu daha perspektivli hesab edirlər. Lakin bu planetlər barədə insanlar tərəfindən əsas bilgilər Çörçilin ölümündən sonra aşkar edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...