Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

MN: Rusiya aviasiyası İŞİD-in "müharibə naziri"ni məhv edib

Rusiya aviasiyasının İŞİD-in Suriyanın Deyr-ez-Zor şəhərində yerləşən komanda məntəqəsinə zərbələr endirməsi nəticəsində terror qruplaşmasının "müharibə naziri" məhv edilib. 

Mynews.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"İŞİD-in komanda məntəqəsinə endirilən aviazərbələr nəticəsində "müharibə naziri" Gülmurod Halimov öldürülüb. Hava zərbələri zamanı beynəlxalq terror qruplaşmasının "müharibə naziri" müşavirədə olub. O, aviazərbələr nəticəsində aldığı yaralardan həlak olub", - deyə Rusiya MN-nin məlumatında bildirilir.

Qeyd edək ki, G. Halimov Tacikistan "OMON"-un sabiq komandiri, polkovnik olub. O, İŞİD-ə qoşulduqdan sonra "əl-Taciki" adı ilə tanınıb.

Rusiyanın aviazərbələri nəticəsində "Deyr-əz-Zorun əmiri" Əbu Məhəmməd Əş-Şimali də öldürülüb. Avropanın bəzi xüsusi xidmət orqanları onu 2015-ci il noyabrın 13-də Parisdə törədilmiş terror aktlarının əsas təşkilatçısı sayır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...