Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məqbərədə partlaiış: - həlak olanların sayı 70 nəfəri keçdi - YENİLƏNİB

21:57

Pakistanın Sind əyalətinin Sexvan Şərif şəhərindəki sufi şair və filosofu Lala Şaxbaz Kalandar məqbərəsində törədilən partlayış nəticəsində həlak olanların sayı 70 nəfəri keçib, 150-dən çox insan yaralanıb.

Mynews.az AZƏRTAC-a istinadən bildirir ki, terror aktını kamikadze ölüm kəmərini partlatmaqla törədib.

Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

20:37

 

Pakistanın Sind əyalətinin Sexvan Şərif şəhərindəki sufi şair və filosofu Lala Şaxbaz Kalandar Mavzoleyində partlayış törədilib. Nəticədə 50-dən çox insan həlak olub, təxminən 100 nəfər yaralanıb.

Pakistan mətbuatının məlumatına görə, partlayış sufi mərasimi keçirilərkən kamikadze tərəfindən törədilib. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...