Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tramp yeni miqrasiya fərmanı vəd edib

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, gələn həftə ölkənin müdafiəsinə istiqamətlənmiş yeni miqrasiya fərmanı imzalayacaq.

Mynews.az-ın məlumatına görə, Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Amerika prezidenti mətbuat konfransında bəyan edib. 

“Biz xalqımızı müdafiə edəcək yekun fərmanı gələn həftə verəcəyik”, - Tramp deyib. 

Əvvəlki, yeddi müsəlman dövlətinin vətəndaşlarının ABŞ ərazisinə daxil olmasını qadağan edən miqrasiya fərmanının qüvvəyə minməsi məhkəmənin qərarı ilə dayandırılıb. 

Keçən həftə Tramp, onun administrasiyası tərəfindən ölkənin milli təhlükəsizliyi istiqamətində yeni tədbirlərin hazırlandığını bildirmişdi. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...