Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Pakistan Əfqanıstanla sərhədi bağlayıb

Pakistan Əfqanıstanla sərhəddə yerləşən “Torkham” nəzarət buraxılış məntəqəsi rayonunda insanların və yüklərin ölkə ərazisinə keçidini dayandırıb.

Mynews.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qərar Sind əyalətinin Sehvan şəhərində sufi məscidində törədilən partlayışla əlaqədar qəbul edilib. 74 nəfərin həlak olduğu və 300 nəfərin yaralandığı partlayışdan sonra Pakistan ordusunun qərargah rəisi general Kamar Cavid Bacva İslamabadın ölkəni bürüyən terror dalğasına qətiyyətlə cavab vermək niyyətində olduğunu bildirib.

Pakistan tərəfinin iddialarına görə, son hücuma məsul olan şəxslər Əfqanıstan ərazisində fəaliyyət göstərirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...