Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

QƏRİBƏ ADƏT - “Qızlar qaçırılmamaq üçün...” - FOTO

Hindistanın Apatani qəbiləsinin qadınları qeyri-adi gözəllik anlayışı ilə məşhur olublar. Onlara görə qadının burnu nə qədər yekə oldusa, o, bir o qədər gözəl hesab olunur.

Mynews.az xəbər verir ki, qeyri-adi adətləri olan Apatani qəbiləsinin qadınları üzlərinin müxtəlif hissələrinə (çənə və alın nahiyyələrinə uzun zolaqlar çəkməklə) döymə etdirirlər. Yetkinlik yaşına çatmış qızlar üzlərinə döymə etdirir və burunlarına halqa taxırlar.

Hindistanın aşağı Subansiri bölgəsində Apatani yaylasında köçəri tayfa halında yaşayan bu insanlar yaşadıqları ərazinin adını özlərinə götürüblər. Qadınlar gözəllik naminə boyunlarından uzun zəncirlər, qeyri-adi aksesuarlar asırlar.

Bundan əlavə burunlarına xüsusi tıxaclar taxırlar. Onlar bununla qürur duyurlar. Başqa tayfaların kişiləri Apatani qəbiləsindən olan qızları qaçırmaq üçün növbəyə düzülür. Qəbilə sakinlərinin sözlərinə görə, qadınlar qaçırılmamaq üçün burunlarına xüsusi halqalar salıb burun dəliklərini genişləndirirlər. Tayfa ağsaqqalları qaçırılmamaq üçün öz gözəlliyini məhv edən qızlarla fəxr edir.

Kənd təsərrüfatı vərdişləri və ənənələri ilə tanınan tayfalar arasında bu ənənə nəsildən-nəsilə ötürülrərək bu günə qədər gəlib çatıb. Qadınlar hələ də bu ənənəyə sadiq qalır. (publika.az)

QƏRİBƏ ADƏT: “Qızlar qaçırılmamaq üçün...” - FOTO

QƏRİBƏ ADƏT: “Qızlar qaçırılmamaq üçün...” - FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...