Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağır yaralanan həkim son nəfəsində hər şeyi danışdı - VİDEO

Antalyada bu ilin fevral ayında binanın həyətində ağır yaralı halda tapılan 38 yaşlı diş həkimi Özgür Özen son nəfəsində sevgilisinin onu döydüyünü deyib.
 
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, çatdırıldığı xəstəxanada dünyasını dəyişən Özgür Özenin ölümüylə əlaqədar 39 yaşlı sevgilisi Yücel Düzenli həbs olunub. Barəsində ömürlük azadlıqdan məhrum edilmə iddiası açılan Düzenlinin ayrılmaq istəyən Özeni tez-tez döydüyü ortaya çıxıb.

Sakinlər 2 uşaq anası Özgür Özenin 11 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından düşdüyünü bildiriblər.

Yücel Düzenli isə ifadəsində bunları deyib:

"Aramızda Özgürün uşaqlarının baxıcısına görə mübahisə baş verdi. Sonra mən kompüterdə video izləməyə başladım. Özgür isə yatağın üzərində ağlayırdı. Sonra otaqdan çıxıb tualetə getdi. Aradan bir xeyli zaman keçsə də otağa qayıtmadı. Səs çıxmayınca evin hər yerinə baxdım. 3-4 dəfə telefonuna zəng etdim, cavab vermədi. Eyvana çıxdığımda təcili yardımı gördüm. Eyvandan tullanarkən mən yanında deyildim. Niyə atladığını da bilmirəm. Mən onu döymədim də".

Özenin bacısı Özlem Dəmirəl isə Yücel: "Bacım bu adamdan xilas olmaq istədiyini, ancaq onu təhdid etdiyini söylədi".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...