Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

18 yaşlı qızı mobil telefon öldürdü - Anasının gözü qarşısında

Gənc qız smartfonu əlinə alan kimi yerə yıxıldı. 

Mynews.az İsrail mediasına istinadla xəbər verir ki, faciəvi olay Dominikan Respublikasında baş verib. 18 yaşlı Yoelmi Ernandes anasının gözü qarşısında  elektrik cərəyanı vuraraq öldürüb.  Adaptor vasitəsilə cərəyana qoşulu olan mobil telefonu əlinə götürən Yoelmi gözlənilmədən yerə çırpılıb. Buna səbəb xətdəki elektrik gərginliyinin qəflətən artması və adaptorun naqilini qoruyan plastik izolə qatının əriməsi olub. Qızın əli naqilə toxunan andaca elektrik cərəyanı onu vurub. Anası təcili yardımla qızını xəstəxanaya çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. “Qatil” smatrfonun markası barədə məlumat verilməyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...