Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İŞİD-dən qaçan qızın dəhşətli etirafları: - "Məni 40 nəfər eyni anda..."

İŞİD-in əlindan qaçan 18 yaşlı Lamiyə Hacı Başar başına gələn hadisələri danışıb.
 
Mynews.az ölkə.az-a istinadən xəbər verir ki, Lamiyə əvvəl də İŞİD-in əlindən qurtulsa da, sonra yenidən terrorçular tərəfindən qaçırılıb. Mosulun şəriət məhkəməsinin qazısı Lamiyənin daim qaçmağa çalışdığını bildirib və onun bir ayağının kəsilməsini təklif edib. Lamiyə isə: "Ayağımı kəssəniz də, tək ayağımla qaçmağa cəhd edəcəm"-deyə cavab verib.
 
Lamiyə cinsi istismara məruz qalan, bazarlarda satılan, zorlanan minlərlə yezidi kürdü qadınlardan biridir.
 
Atası və qardaşları gözləri qarşısında güllələnən Lamiyə zalım terrorçular tərəfindən iki il boyunca ya döyülüb, ya da zorlanıb.
 
İŞİD terrorçuları tərəfindən qız uşaqlarının yaşlı adamlara satıldığını görən Lamiyəni bomba düzəltməyə məcbur ediblər. Onu bir otağa atıb kütləvi şəkildə 40 nəfər tərəfindən zorlayıblar.
 
Lamiyə Şimali İraqın yezidi kürdləri yaşayan Koço kəndində yaşayırmış. Kəndin 1800 sakini İŞİD tərəfindən İslam dinini qəbul etməyə məcbur edilibmiş. Əks halda terrorçular bütün kənd sakinlərini qətlə yetirəcəkləri ilə hədələyiblər.
 
Kəndə hücum edən terrorçular qadınları seçib kənara yığaraq bütün kişiləri kənd küçələrində qətlə yetiriblər. Evli qadınlar və kiçik uşaqlar başqa səmtə, Subay və azyaşlı qızlar Mosula aparılıb.
 
Terrorçular 9-10 yaşlı qız uşaqlarını zorlayıb, işgəncə veriblər. Lamiyənin bacısını 40 yaşlı bir Səudiyyə Ərəbistanından olan ərəb alıb. Sonra onları Rakkaya aparıb. Üç gün ərzində dayanmadan qızları döyən ərəb Lamiyə ona etiraz etdiyi üçün boğub öldürməyə çalışıb.
 
Daha sonra qızları İŞİD qərargahında bir otağa atıblar, 40 nəfər onları zorlayıb. Sonra isə qızlar başqa terrorçulara satılıb. Lamiyəni Mosullu bir zalım terrorçu 100 pounda (ingilis pulu) alıb. Pəncərədən tullanıb qaçan qıza Mosul sakini kömək edib və 3 gün evində gizlədib. Sonra isə terrorçuları çağırıb Lamiyəni onlara təhvil veriblər.
 
Sonra Lamiyəni bir Mosul sakini alıb və zorlayıb. Ailəsi isə Lamiyəyə kafir kimi baxdığı üçün qıza kömək etməyiblər.
 
Başqa yezidi qızlarla qaçmağa cəhd etsə də, uğursuz olub. Sonradan Lamiyəni hərbi həkimə satıblar. Həkim qızı xəstəxanada işlədib və ona mobil telefon verib. Lamiyə isə telefonla Kürdüstandakı əmisinə zəng edib. Əmisi qızı xilas etmək üçün bir nəfərə 7.500 dollar pul ödəyib.
 
Gecə saatlarında 3-4 qız yola çıxırlar. Amma səhərə yaxın minaya düşürlər. Qızlardan ikisi həlak olur, Lamiyə isə yaralanır. Kürd hərbçilər tərəfindən xəstəxanaya çatdırılır.
 
Lamiyə normal həyata qayıtmaq, təhsil almaq və müəllim olmaq istəyir.
 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...