Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qucağında 3 yaşlı Nisə, arxada 5 aylıq hamilə arvadı - canlı yayımda saniyələr sonra... - VİDEO

Samsunun Bafra rayonunda 3 yaşlı Nisə Yükselin ölümüylə nəticələnən yol qəzasından öncə öndə oturacaqda əyləşən atası Halis Yükselin yol boyunca sosial şəbəkə hesabından canlı yayım etdiyi ortaya çıxıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, qəzadan dəqiqələr öncə kəsilən yayımda azyaşlı Nisənin atasının qucağındakı görüntüləri izləyənləri duyğulandırıb.

Qeyd edək ki, qəzada 32 yaşlı Halis Yüksel, 33 yaşlı həyat yoldaşı Fatma Yüksel, 3 yaşlı qızı Nisə Yüksel, sürücü Muhsin Yüksel, 30 yaşlı Fatma Varlı, 2 yaşlı  oğlu  Efe Varlı yaralanıb. Yaralılar təcili yardım maşınları ilə Bafra Dövlət Xəstəxanasına çatdırılıb. Ancaq vəziyyəti ağır olan Nisə Yükselin həyatını həkimlərin müdaxiləsinə baxmayaraq, xilas etmək mümkün olmayıb. 5 aylıq hamilə olan anası Fatma Yüksel də bətnindəki körpəsini itirib. Fatma Yükselin həyati təhlükəsinin qaldığı deyilir.

Qəza öncəsi ata Halis Yükselin sözügedən videoyayımını təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...