"Ərim məni soyundurub, İsmayılı yataq otağına aparmağımı istədi"

Türkiyənin Kütahya bölgəsində 34 yaşlı Emine Cangür ilə həyat yoldaşı 38 yaşlı Mehmet Cangürün evində 25 yaşlı İsmayıl Yavuz bu səhər 5.00 radələrində bıçaqlanaraq öldürülüb. İsmail Yavuzun cəsədinin başı üstündə əlində 2 qanlı bıçaqla tutulan Emine Cangür cinayəti özünün törətdiyini, evdə başqa kimsənin olmadığını söyləyərkən arxa otaqda həyat yoldaşı Mehmet Cangür tapılıb. Cütlük nəzarətə alınıb. Emine Cangürün İsmail Yavuzla əlaqəsi olduğu iddia edilir.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, evli, 1 uşaq atası İsmayıl Yavuz dünən gecə iddiaya görə bir müddət əlaqədə olduğu evli, 1 uşaq anası Emine Cangürün evinə gedib. Evdə səhərə yaxın səs-küy eşidən Emine Cangürün qonşuları polisə xəbər veriblər.

Polis evə girdikdə Emine Cangürü əlində 2 qanlı bıçaqla, yerdə də İsmail Yavuzun cəsədiylə qarşılaşıblar. Emine Cangür polislərə İsmail Yavuzu onun öldürdüyünü və evdə başqa kimsənin olmadığını söyləyib. İçəriyə girən Kütahya Təhlükəsizlik İdarəsinin əməkdaşları evin arxa otağında Emine Cangürün həyat yoldaşı Mehmet Cangürü tapıblar. Ər-arvad nəzarətə alınarkən, Mehmet Cangür hadisəylə əlaqəsinin olmadığını bildirib. 

Emine Cangür isə dindirilmə zamanı həyat yoldaşını günahlandırıb. O, İsmail Yavuz ilə bir fabrikdə işçi olaraq çalışdıqlarını söyləyib.

 

Emine 1.5 aydır işsiz olan həyat yoldaşı Mehmet Cangürün mobil telefonunda İsmail Yavuz ilə olan mesajlarını gördüyünü iddia edərək bunları deyib: "Həyat yoldaşım mənim mobil telefonumdan İsmayıla "Həyat yoldaşım evdə yoxdur, Ankaraya getdi. Evə gəl" deyə mesaj göndərdi. Daha sonra məni döydü və ayaqlarımdan bıçaqladı. Ardından məni soyundurub hamam xalatı geydirdi. İsmayıl gələndə mənim hamam xalatında onu qarşılayıb yataq otağına aparmağımı istədi. O da evdə gizləndi. İsmayıl gəldiyində onu yataq otağına apardım. O anda yoldaşım da otağa girdi. Dalaşmağa başladılar. İsmayıl qaçmaq istədi. Həyat yoldaşım onu ​​dəhlizdə dəfələrlə bıçaqladı. Daha sonra telefonla anamı və qardaşımı evə çağırdı. Onlar gəlincə "Baxın qızınız mənim namusumu murdar etdi. Mən də ona görə bu adamı bıçaqladım. İndi bu cinayəti qızınız boynuna götürəcək. Bu adamı onun özünün öldürdüyünü söyləyəcək" dedi. Bu vaxt İsmayıl can çəkişirdi. Bıçağı güclə əlimə verdi. Özü də əlimi tutub İsmayılın boynuna və cinsi orqanına doğru bıçağı batırdı. Polislər evə gəlincə də qorxumdan cinayəti "mən etmişəm" söyləmək məcburiyyətində qaldım. Ancaq İsmayılı ərim öldürdü".

Mehmet Cangürün dindirilməsinin davam etdiyi və ittihamları qəbul etmədiyi deyilir.